ABŞ-ın yeni prezidenti seçilib - YENİLƏNİB

9-11-2016, 16:52
Oxunub: 399
Respublikaçılar Partiyasının namizədini 285 nümayəndə dəstəkləyib


Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Respublikaçılar Partiyasının namizədini 285 nümayəndə dəstəkləyib. 

Son məlumatlara görə, Trampın rəqibi Hillari Klinton isə 215 nümayəndənin səsini qazanıb. 

*** 10.43

ABŞ-da prezident seçiklərində səslərin sayılması davam edir.

APA-nın məlumatına görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp qələbəyə çox yaxındır.

D. Trampın namizədliyini 274 nümayəndə dəstəkləyib. Qələbə üçün 270 nümayəndənin səsi kifayətdir.

Onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə 215 nümayəndənin səsini qazanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti