Azərbaycanın ilk ixrac missiyası Çinə yola düşüb

8-11-2016, 17:44
Oxunub: 240


İqtisadiyyat Nazirliyi tərəfindən noyabrın 9-13-də Çinin Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quançjou şəhərinə ilk ixrac missiyası təşkil olunacaq. 

Report-a İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) və Azərbaycanda şərab istehsalı, ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrinin daxil olduğu ixrac missiyası "Honq-Konq Şərab və Spirtli İçkilər Sərgisi"ndə və "Quançjou Şərab Sərgisi"ndə iştirak edəcək.

Səfər zamanı iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, ixrac missiyası Çinin yerli distributorları, potensial müştəriləri ilə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar. Səfər çərçivəsində iş adamları arasında əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, Nazirlik Çinin Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quançjou şəhərinə təşkil olunan ixrac missiyalarında iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirib. Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkət ixrac missiyasında iştirak etmək hüququ qazanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti