IMF: Gələn il Azərbaycan iqtisadiyyatı 1,4% artacaq

5-11-2016, 18:20
Oxunub: 497
Milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər


Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2016-cı ildə Azərbaycan iqtisadiyyatının (ümumdaxili məhsul istehsalı, ÜDM) 2,4% azalacağını proqnozlaşdırır.

APA-Economics xəbər verir ki, bu barədə IMF-in noyabrının 4-də dərc etdiyi icmalında deyilir.

Fondun analitikləri bildirir ki, iqtisadi azalmanın əsas səbəbi dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.

Bununla yanaşı, icmalın müəllifləri qeyd edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı növbəti illərdə iqtisadi artıma səbəb olacaq. "Neftin qiymətinin stabilləşməsi və milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər".

IMF 2017-ci ildə Azərbaycanda 1,4% səviyyəsində iqtisadi artım gözləyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti