Azərbaycan banklarının kredit qoyuluşu bu il 23% azalıb

4-11-2016, 17:02
Oxunub: 410
Bu, sentyabrın 1-i ilə müqayisədə 54,6 mln. manat və ya 0,3% azdır


Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit qoyuluşları 2016-cı il oktyabrın 1-nə 16,274 mlrd. manat təşkil edib. 

Report Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 54,6 mln. manat və ya 0,3% azdır.

Kredit qoyuluşu ilin əvvəlinə nisbətən 4 890,5 mln. manat və yaxud 23,1%, 2015-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 253,5 mln. manat və yaxud 12,2% azdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti