Ermənistan əhalisinin sayı 634 min nəfər azalıb

3-11-2016, 18:56
Oxunub: 74
Bu ilin ilk 9 ayında Ermənistan əhalisinin sayı 4700 nəfər azalıb


Ermənistan əhalisinin sayı açıqlanıb. 

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, 2016-cı il oktyabrın 1-nə olan məlumata görə, bu ölkənin 2 993 900 nəfər vətəndaşı var. 

Məlumata görə, bu ilin ilk 9 ayında Ermənistan əhalisinin sayı 4700 nəfər azalıb. 2016-cı il yanvarın 1-nə Ermənistan əhalisinin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər az olub. 

Ümumiyyətlə, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistan əhalisinin sayı 634,7 min nəfər azalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti