Karate üzrə dünya çempionatı Bakıda keçirilə bilər

1-11-2016, 17:20
Oxunub: 139
Peru dünya çempionatını keçirməkdən imtina edir


Karate üzrə 2018-ci il dünya çempionatı Bakıda keçirilə bilər. 

Report-un məlumatına görə, bu barədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

Onun sözlərinə görə, turnir Peruda keçirilməli olsa da, adıçəkilən ölkə təşkilatçılıqdan imtina edir: "Əslində, bu çempionat Peruda keçirilməli idi. Lakin Peru dünya çempionatını keçirməkdən imtina edir. Bu səbəbdən Azərbaycan yarışın keçirilməsinə ev sahibliyi etmək istəyir. Bu, həm də olimpiya öncəsi yaxşı hazırlıq olar".

Qeyd edək ki, 2020-ci ildə karate üzrə Avropa çempionatı Bakıda keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti