Azərbaycanlılar neçə yaşında boşanır?

31-10-2016, 18:05
Oxunub: 86
Qadınlar daha çox 25-29 yaşlarında boşanırlar


Azərbaycanda ötən il 18 yaşında 1 kişi, həmin yaşda 36 qadın boşanıb. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycanda kişilər daha çox 30-34 (2366 nəfər), qadınlar isə 25-29 yaşlarında (2836 nəfər) boşanırlar. Kişilər və qadınlar arasında boşanmaların çoxu ailə həyatının ilk 5 ilində olub. Belə ki, 25-29 yaşında olan 1635 kişi evliliyini 5 il müddətində sonlandırıb. Qadınlar arasında isə daha çox 20-24 yaşlılar (1675 nəfər) ailə həyatının ilk beş ilində ayrılıb.

Ötən il 18 yaşadək 1 kişi, həmin yaşda 3 qadın, 19 yaşında 10 kişi, 140 qadın, 20-24 yaşda 587 kişi, 2037 qadın, 25-29 yaşda 2262 kişi, 30-34 yaşda 2159 qadın, 35-39 yaşda 1699 kişi, 1391 qadın, 40-44 yaşda 1103 kişi, 904 qadın, 45-49 yaşda 921 kişi, 743 qadın, 50-54 yaşda 689 kişi, 469 qadın, 55-59 yaşda 402 kişi, 283 qadın, 60 və daha yuxarı yaşlarda isə 327 kişi, 167 qadın boşanıb.

Ümumiyyətlə, ötən il ölkə üzrə 12764 boşanma qeydə alınıb. Onlardan 4911 nəfəri 5 ilə qədər, 3487 nəfəri 5-9 ildə, 2498 nəfəri 10-19 ilidə, 1868 insan isə 20 il və daha yuxarı vaxt ərzində boşanıb. (“Report”) 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti