Meksikanın “Promexiko” təşkilatının rəhbəri Azərbaycana səfәr edәcәk
31-10-2016, 17:51
Oxunub: 412
Səfər gələn ilin mayına nәzәrdә tutulur
Meksikanın ticarətin təşviqi ilə məşğul olan “Promexiko” təşkilatının rəhbəri Fransisko Qonzalez Azərbaycana səfәr edәcәk.Etatist.com-un APA-ya istinadən verdiyi məlumata görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib. O bildirib ki, səfər gələn ilin mayına nәzәrdә tutulur və bu istiqamətdə hazırlıq işləri gedir. Səfər zamanı iki ölkə arasında ticarət həcminin artırılması, iki ölkənin istehsal etdiyi malların qarşılıqlı ixrac imkanları müzakirə olunacaq.
Səfir qeyd edib ki, F. Qonzalez Türkiyəni və Qazaxıstanı da ziyarət etmәyi düşünür.