Azərbaycanda müşahidə olunan faktiki hava durumu açıqlanıb

26-10-2016, 12:45
Oxunub: 981
Yağan leysan yağış nəticəsində Talaçayda, Kürmükçayda və Kişçayda sululuq artıb.


Azərbaycan ərazisində müşahidə olunan faktiki hava durumu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında:Lənkəranda 61, Astarada 57, Göytəpədə 35, Lerikdə 26, Yardımlıda 24, Rvarudda 14, Neftçalada 10, Kəlvəzdə 5 mm olub. 

Böyük Qafqazda-Əlibəy HMS-da 25.2, Zaqatalada 22, Nabran, Sarıbaşda 21, Qax, Balakəndə 15, Kişçay (Şəki), Oğuzda 14, Qəbələ, Şəkidə 10, İsmayıllıda 8, Altıağacda 5, Xaçmazda 4, Qubada 3, Xınalıq, Mərəzədə 2, Şabran, Şamaxıda 1 mm təşkil edib. Yağan leysan yağış nəticəsində Talaçayda, Kürmükçayda və Kişçayda sululuq artıb.

Qazax-Gəncə zonasında-Ağstafada 18, Tovuzda 14, Köçəsgər, Şəmkirdə 10, Ağdamda 8, Düz Qışlaq, Ceyrançöl, Dağ Kəsəmən, Ağdərədə 5, Gəncədə 4, Naftalanda 2 mm, Mərkəzi-Aran rayonlarında-Biləsuvarda 17, Salyan, Beyləqanda 9, İmişlidə 6, Tərtər, Göyçayda 4, Bərdə, Mingəçevirdə 3, Yevlax, Zərdabda 2, Kürdəmir, Sabirabad, Qazıməmməddə 1mm, Kiçik Qafqazda-Gədəbəydə 11, Daşkəsəndə 9, Göygöldə 8 mm, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 15, Şərurda 14, Naxçıvanda 7, Ağdərədə 5, Şahbuzda 1 mm, Bakıda və Abşeron yarımadasında1-5 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Əlibəy HMS-da 30, Rvarudda 29, Lerikdə 28, Sarıbaşda 26, Kişçayda 16, Gədəbəydə 10, Daşkəsən, Altıağacda 8, Xınalıqda 7, Kəlvəz, Ağdərədə 6, Kükü (Şahbuz), Şahdağda 4, Göygöldə 3 sm olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti