Qırğızıstan hökuməti tam tərkibdə istefaya göndərilib

26-10-2016, 11:44
Oxunub: 485
Bu haqda ölkə prezidenti Almazbek Atambayev oktyabrın 26-da sərəncam imzalayıb.


Qırğızıstan Respublikasının hökuməti tam tərkibdə istefaya göndərilib.

Yerli mətbuat xəbər verir ki, bu haqda ölkə prezidenti Almazbek Atambayev oktyabrın 26-da sərəncam imzalayıb.

Məlumata görə, hakim koalisiyanın dağılması hökumətin istefaya göndərilməsinə səbəb olub.

Qeyd edək ki, koalisiyaya Qırğız Sosial-Demokrat, Qırğızıstan, "Onuquu-Proqres" və "Ata Meken" partiyaları daxil idi. Koalisiya 2012-ci il noyabrın 2-də yaranıb. İnformasiyaya görə, sosial demokratların koalisiya üzvləri ilə razılaşmayaraq, ittifaqdan çıxması hökumətin dağılmasına səbəb olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti