Antalyada partlayış baş verib - Foto

25-10-2016, 12:00
Oxunub: 127
Hadisə ilə bağlı araşdırmalar davam edir.


Ola bilsin ki partlayış qəza nəticəsində baş verib".

Bunu Antalya bələdiyyəsinin sədri Menderes Türel bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan şəxslərin həyatı üçün təhlükə yoxdur: "Bunun terror hücumu olmadığı ehtimalı da var". 

Məlumata görə, dayanacaqdakı bomba yüklənmiş bir avtomobil partladılıb. Ancaq rəsmilər bu iddianı hələlik təsdiqləməyiblər.

Hadisə ilə bağlı araşdırmalar davam edir. 

***

Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının Çevreyolu rayonu ərazisində yerləşən binasında partlayış olub.  

Hadisə oktyabrın 25-də səhər saatlarında baş verib. 

İlkin məlumata görə, partlayışda on nəfər yaralanıb. Partlayış yerinə çoxlu sayda təcili tibbi yardım maşınları, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. 

Hadisənin binanın avtomobil dayanacağında baş veridyi ehtimal olunur.

Partlayışın baş vermə səbəbi hələlik bilinmir. (Report)

 

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti