Ronaldinyonu Bakıya “Qəbələ” dəvət edibmiş

20-10-2016, 16:19
Oxunub: 320
“Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır.


Xəbər verdiyimiz kimi, məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Azərbaycandadır.

“Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır.

Klubdan verilən məlumata görə, milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Növbəti belə məktəb məhz klubumuzun dəstəyi ilə Bakıda açılacaq.

6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Bu birgə fəaliyyətin ölkəmizdə futbolun daha da kütləşviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacağına inanırıq.

Xatırladaq ki, Ronaldinyonun iştirakı ilə mətbuat konfransı bu gün saat 16:00-da Olimpiya stadionunun konfrans zalında baş tutacaq. Mətbuat konfransının ardından Ronaldinyo Olimpiya stadionunun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə çıxacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti