Medalları yaşından çox olan balaca fəxrimiz - MÜSAHİBƏ (FOTOLAR)

20-10-2016, 13:36
Oxunub: 174
"Mən özümə nümunə kimi Zabit Səmədovu görürəm"


Nihad Tağızadə 12 yaşı olmasına baxmayaraq kikboksinq üzrə bir çox nailiyyətləri olub. O, kikboksinq üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının üzvüdür. Müsahibə üçün Nihadın məşq etdiyi Azərbaycan Kikboksinq Federasiyasının nəznində fəaliyyət göstərən “Qızıl Əlcək” idman klubunu ziyarət etdik.

Etatist.com azyaşlı qəhrəmanımızla olan müsahibəni təqdim edir:

- Nihad, Azərbaycanda kifayət qədər idman sahələri çoxdur. Bəs nə üçün kinkboks seçmisən?
- Bu idman növünü televizorda izləyirdim. Çox xoşuma gəlirdi. Ətrafımda olan uşaqlar, böyüklər də bununla məşğul idilər. Mən də kinkboksla məşğul olmaq istədim. Atam məni evimizə yaxın idman zalında məşqlərə yazdırdı. Beləliklə, kinkboksa başladım.

- Adətən idmana elə sənin yaşında olanda başlamaq lazımdır. Amma sənin artıq bu yaşda kifayət qədər nəaliyyətlərin var. Neçə yaşından başlamısan məşqlərə?
- Düzdür, həmyaşıdlarımdan çoxdur məşqlərə indi başlayanlar. Amma mən 6 yaşından başlamışam idmana.

Medalları yaşından çox olan balaca fəxrimiz - MÜSAHİBƏ (FOTOLAR)

- Bütün rəqiblərin güclüdür əlbəttə. Bəs sənin üçün ən unudulmaz yarışın və qalibiyyətin hansı olub?
- Ümumiyyətlə yarışlarımız asan olmur.Rəqiblərimin hamısı güclüdür. Amma ən çox məsuliyyət hiss etdiyim yarış sonuncu dəfə Gürcüstanda keçirilən çempionatlıq idi. Çünki final yarışında rəqibim erməni idi. Mən əlimdən gələni etdim ki, ona qalib gəlim. Buna da nail oldum və turnirin qalibi oldum.

- Kikboks üzrə Azərbaycanın kifayət qədər təcrübəli idmançıları var. Bəs sən özünə nümunə olaraq kimi görürsən?
- Bizim kikboks üzrə çempionalarımız çoxdur. Mən özümə nümunə kimi Zabit Səmədovu görürəm. Mənə görə Zabit Səmədov Azərbaycanın kikboks üzrə ən yaxşı idmançısıdır.

- Hələ yaşın azdır, amma kifayət qədər uğurların var. Təəssüf ki, kikboks olimpiya idman növü deyil. Sənin idman sahəsində ən böyük hədəfin nədir bəs?
- Əər bir idmançı Olimpiyadada ölkəsini təmsil etmək istəyər. Amma təəssüf ki, kikboks olimpiya idman növü deyil. Bəlkə mən böyüyənə qədər olimpiya idman növü ola (gülür). Bu idman növündə ən böyük nəaliyyətimiz dünya çempionu olmaqdır. Mənim hədəfimdə məhz dünya çempionu olmaqdır.

Medalları yaşından çox olan balaca fəxrimiz - MÜSAHİBƏ (FOTOLAR)

Müsahibə zamanı Nihadın məşqçisi Azərbaycan kikboksinq Fedarasiyasının kinkboks üzrə yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi Rəhim Allahverdiyev söhbətimizə qoşularaq Nihad haqqında öz təəssüratlarını bizimlə bölüşdü:

"Mən Nihadı 6 yaşından tanıyıram. Nihad bizim zalda məşqlərə başlayıb. İlk gələndən çevikliyi ilə digər uşaqlardan fərqlənirdi. Ona verilən tapşırıqların layiqincə öhtəsindən gəlirdi. Daha sonra başqa məkana köçdükləri üçün Nihad Binəqədidə “Firdovs” idman klubunda məşqlərə davam etdirib. Orada məşqçisi Vəli Əhmədov NihadNihadın inkişafında kifayət qədər əmək sərf edib. Daha sonra Nihad yığma komandanın tərkibinə qatıldıqdan sonra yenidən bizim klubda məqşlərə başladı. Mən Nihadın gələcəyinə inanıram. Nihad bu cür məşqlərə davam etsə Azərbaycanın ən yaxşı idmançıları siyahısında adı olacaq".

Nihadın atası Kənan Tağızadə də oğlu ilə bağlı öz fikirlərini bildirdi:

"Nihadı balaca yaşından bir çox idman növünə yönəltmişəm. Amma ən uğurlusu və özünün sevdiyi idman növü Kinkboks olub. Kinkboksa yeni başlayandan 12 gün sonra Nihad ilk yarışına çıxdı. Düzdür ilk yarışda məğlub oldu amma sonra daha çox çalışdı. Digər yarışlarda qalib gəldi"

- Nihadın ən çox sizi həyəcanlandıran yarışı hansı olub?

Bütün yarışlarında həyəcanlanıram. Amma ən çox həyəcanlandıran yarışı sonuncu dəfə Gürcüstanda keçirilən final görüşü olub. Həmin yarışda rəqibi erməni idi. Nəyin ki, rəqibi görüşün hakimləri, Juri heyyəti də erməni idi. Nihadın tək çıxış yolu rəqibini nakaut etmək idi. Çox şükür bunu da bacardı. Dəqiq zərbələrlə rəqibini rinqdən kənara atmağa nail oldu. İnanın, bunun sevincini izah edə bilmirəm. Bütün zal Nihadı alqışladı. Bir ata kimi oğlumla qürür duydum, fəxr etdim.

Medalları yaşından çox olan balaca fəxrimiz - MÜSAHİBƏ (FOTOLAR)

 

Medalları yaşından çox olan balaca fəxrimiz - MÜSAHİBƏ (FOTOLAR)

 

Medalları yaşından çox olan balaca fəxrimiz - MÜSAHİBƏ (FOTOLAR)

 

Medalları yaşından çox olan balaca fəxrimiz - MÜSAHİBƏ (FOTOLAR)

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti