Akif Çovdarovun məhkəməsi təxirə salındı

19-10-2016, 13:23
Oxunub: 449
Proses oktyabrın 31-nə qədər təxirə salınıb.


Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Virtualaz.org-un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmə iclasının təxirə salınmasını istəyib.

Vəkil cinayət işinin matrealları ilə hələ də tanış ola bilmədiyini deyib. O, məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 31-nə qədər təxirə salınıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti