Azərbaycanda əhalinin sayı 9 milyon 775 min nəfəri keçdi

17-10-2016, 18:31
Oxunub: 376
Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub


İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9 milyom 775 min 700 nəfərə çatıb.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti