Azərbaycanda 2166 məscid var

14-10-2016, 15:25
Oxunub: 983
G. İsmayılov sovet vaxtı Azərbaycanda 17 məscid fəaliyyət göstərdiyini bildirib.


Azərbaycanda 2166 məscid var.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dövlət-din münasibətləri - 25 il” mövzusundakı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2166 məscidin 1500-ü gündəlik fəaliyyət göstərir: “Bu məscidlərdən 692-si dövlət qeydiyyatına alınıb. Azərbaycan məscidlərinin tutumu yarım milyon insanın ibadət etməsinə imkan verir”.

G. İsmayılov sovet vaxtı Azərbaycanda 17 məscid fəaliyyət göstərdiyini bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti