101 maşın toqquşdu - ŞOK

27-03-2013, 09:48
Oxunub: 1003


Bu gecə Avstriyanın şimal-şərqində donmuş avtomobil yolunda 100-dən artıq avtomobil toqquşub. Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Qəza Vyanadan 60 km məsafədə olan Sankt-Pelten şəhərinin yaxınlığında baş verib. Xilasetmə xidmətinin məlumatına görə, buzlu yol 60 minik, 40 yük avtomobilinin və 1 avtobusun toqquşmasına səbəb olub.

Hadisə yerinə 6 yanğınsöndürmə briqadası, bir neçə təcili yardım maşını və xilasetmə xidmətinin helikopteri cəlb olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti