Rus politoloq: "Azərbaycan, Naxçıvan və Qarabağ bir dövlətdə birləşəcəklər"

6-10-2016, 14:19
Oxunub: 113
Ekspert xatırladıb ki, Ermənistanda və Azərbaycanda paralel olaraq iki konstitusiya islahatı aparılıb.


Azərbaycanda və Ermənistanda gedən konstitusiya islahatları ciddi siyasi, o cümlədən Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində nəticələrə gətirəcək.

Bunu virtualaz.org-a rusiyalı politoloq Oleq Kuznetsov deyib.

Ekspert xatırladıb ki, Ermənistanda və Azərbaycanda paralel olaraq iki konstitusiya islahatı aparılıb.

“Azərbaycanda vitse-prezidentlik institutu yaradılıb, Ermənistanda isə tədricən prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçilir. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi zəminin yaradılmasına xidmət edir”, - ekspert deyib.

Rus politoloq: "Azərbaycan, Naxçıvan və Qarabağ bir dövlətdə birləşəcəklər"

Onun fikrincə, vitse-prezident vəzifələrinin yaranması Azərbaycanın siyasi elitasına bir tərəfdən Naxçıvan Muxtar Respublikasının, digər tə5rəfdən isə Qarabağ ermənilərinin vahid nümayəndəsinin daxil edilməsini özündə ehtiva edir ki, bu da Azərbaycanın daxilində bu hüquqi cəmiyyəti təmsil edəcək. Bu, həmin ərazilər Azərbaycanın tərkibinə qaytarıldıqdan sonra mümkün olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti