FİFA 11 ölkənin milli assosiasiyasını cərimələdi

4-10-2016, 19:07
Oxunub: 211
2018-ci il dünya çempionatının seçmə oyunları zamanı diskriminasiyalı və qeyri-idman hərəkətləri səbəb olub.


FİFA 11 milli assosiasiyanı cərimələyib.

"Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna həmin ölkələrin yığma komandalarının azarkeşlərinin 2018-ci il dünya çempionatının seçmə oyunları zamanı diskriminasiyalı və qeyri-idman hərəkətləri səbəb olub.

FİFA sanksiyalarına məruz qalan assosiasiyalar bunlardır: Honduras (65 min avro), Albaniya (50), Salvador (45), Meksika, Peru, İtaliya (hər üçü 30), Argentina, Paraqvay (hər ikisi 25), Kanada, Çili, Braziliya (hər üçü 20).

Qurumdan o da bildirilib ki, Çili Futbol Assosiasiyası 2016-cı ilin mayından tətbiq olunan sınaq dövründə daha bir qayda pozuntusuna yol verib. Bu səbəbdən, Çili və Venesuela arasındakı DÇ-2018-in seçmə qrup matçı 2017-ci il martın 28-də azarkeşsiz keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti