Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək

4-10-2016, 18:51
Oxunub: 493
"Ümumdünya Enerji Konqresində çıxış və ikitərəfli görüşlər olacaq”


Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını və Ümumdünya Enerji Konqresində çıxış edəcəyini söyləyib: “Səfər oktyabrın 10-da baş tutacaq. Ümumdünya Enerji Konqresində çıxış və ikitərəfli görüşlər olacaq”.

Qeyd edək ki, Ümumdünya Enerji Konqresi oktyabrın 9-13-də İstanbulda keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti