Azərbaycanla BƏƏ qarşılıqlı vizasız rejimə keçə bilər

4-10-2016, 16:10
Oxunub: 304
"BƏƏ hökuməti artıq ilkin razılıq verib və hazırda məsələyə baxılır"


Azərbaycan BƏƏ-yə hər iki ölkənin vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edir. Bunu Trend-ə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

Səfirin sözlərinə görə, hazırda diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizasız rejim mövcuddur, 2015-ci ildən isə BƏƏ vətəndaşları sadələşdirilmiş viza sisteminin əsasında Azərbaycana gəlirlər: "İndi Azərbaycan tərəfi həm Azərbaycan, həm də BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq olunmasını təklif edir. BƏƏ hökuməti artıq ilkin razılıq verib və hazırda məsələyə baxılır".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti