ABŞ-ın üç alimi “Fizika” üzrə Nobel mükafatına layiq görülüb

4-10-2016, 14:10
Oxunub: 282
Ədəbiyyat üzrə Nobel mükafatının elan olunma tarixi qeyri-müəyyən vaxtadək təxirə salınıb.


2016-cı il Nobel mükafatının “Fizika” nominasiyası üzrə qalibləri açıqlanıb.

APA-nın Nobel Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu mükafata ABŞ alimləri David Saules, Danken Haldeyn və Maykl Kosterilts layiq görülüb.

Alimlər mükafatı “Topoloji faza keçidlərinin və topoloji materiyanın fazalarının nəzəri kəşfi” sahəsindəki uğurlarına görə alıblar.

Qeyd edək ki, Kimya üzrə mükafat oktyabrın 5-də, Sülh üzrə oktyabrın 7-də, İqtisadiyyat üzrə isə oktyabrın 10-da elan olunacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının elan olunma tarixi qeyri-müəyyən vaxtadək təxirə salınıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti