Almazbek Atambayev müalicəsini Rusiyada davam etdirəcək

23-09-2016, 11:23
Oxunub: 422
Məlumata görə, A.Atambayev Rusiya paytaxtındakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunacaq.


Qırğız Respublikasının prezidenti Almazbek Atambayev müalicəsini Rusiyada davam etdirəcək.

Rusiya KİV xəbər verir ki, dövlət başçısı rusiyalı həkimlərin dəvəti ilə Moskvaya gedib.

Məlumata görə, A.Atambayev Rusiya paytaxtındakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunacaq.

Qeyd edək ki, Qırğız Respublikası prezidentinin mətbuat xidməti A.Atambayevin səhhətinin pisləşməsi ilə bağlı tibbi müayinədən keçmək məqsədilə məzuniyyətə çıxdığını açıqlayıb. Məzuniyyət oktyabrın 1-də başa çatacaq.

Xatırladaq ki, sentyabrın 19-da Qırğız prezidenti ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti