Nazirin qəbul vaxtı dəyişdirildi

19-09-2016, 18:09
Oxunub: 450
Qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 23-dən sentyabrın 22-nə keçirilib.


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Tərtərdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 23-dən sentyabrın 22-nə keçirilib.

S.Müslümov həmin gün saat 10:00-da Tərtər rayonunda Gənclər mərkəzində bu rayonun və Ağdam, Bərdə, Ağcabədi, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar Nazirliyin info@mlspp.gov.az elektron poçt ünvanı və ya (020) 205-41-19 telefon nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətlərin araşdırılaraq cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin olunacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti