Sabah “Yəhudi dövləti”nin təqdimatı keçiriləcək

17-09-2016, 18:31
Oxunub: 2683
“Yəhudi dövləti” Etatizm Akademiyası seriyasından ikinci kitabdır


Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilmiş, “Kitabıstan” yayınları tərəfindən yayınlanmış Teodor Hertslin “Yəhudi dövləti” kitabı çapdan çıxdığı ilk gündən cəmiyyət tərəfindən maraqla qarşılanıb.

Kitabın təqdimat mərasimi isə sentyabr ayının 18-də saat 16.00-da “1984” adlı məkanda baş tutacaq. Təqdimatda ictimai simaların, yazarların, media nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, “Yəhudi dövləti” Etatizm Akademiyası seriyasından ikinci kitabdır. Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi və “Kitabıstan” yayınlarının ilk nəşri (Etatizm Akademiyası - 1) rus yazıçı Qriqoriy Petrovun Finlandiyadakı aydınlanma hərəkatı haqqında yazdığı “Bəyaz zanbaqlar ölkəsində” kitabı olub. Həmin kitabın da artıq üçüncü basqısı çapdan çıxıb və satışdadır.

Ünvan: İslam Səfərli və Dilarə Əliyeva küçələrinin kəsişməsi.
Əlaqə: 070 537 21 84

Sabah “Yəhudi dövləti”nin təqdimatı keçiriləcək

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti