Milli Məclisin deputatları Rusiya Dövlət Dumasına seçkiləri müşahidə edəcək

15-09-2016, 16:34
Oxunub: 300
Səfər sentyabrın 20-də başa çatacaq.


Milli Məclisin deputatları sentyabrın 16-dan Rusiya Federasiyasının bir sıra şəhərlərində səfərdə olacaqlar.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərin məqsədi sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkiləri müşahidə etməkdir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, millət vəkilləri Rüfət Quliyev, Mixail Zabelin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər.

Deputatlarımız seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, seçicilərin fəallığına diqqət yetirəcəklər.

Səfər sentyabrın 20-də başa çatacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti