Türkiyə və Rusiya Baş Qərargah rəislərinin görüşü qapalı keçdi

15-09-2016, 15:53
Oxunub: 541
Bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Türkiyədə səfərdədir.

"Anadolu" agentliyi xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Ankarada onunla görüşüb.

Məlumata görə, görüş mətbuat üçün qapalı keçirilib.

***

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov sentyabrın 15-də Türkiyəyə səfər edəcək.


Virtualaz.org İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun avqustun 26-da Türkiyəyə səfəri təxirə salınmışdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti