BMT-nin xüsusi məruzəçisi Azərbaycana gəlib

15-09-2016, 11:00
Oxunub: 368
Mişel Forstun yekun hesabatı 2017-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.


BMT-nin xüsusi məruzəçisi Mişel Forst Azərbaycana səfərə gəlib.

Azərbaycan hökumətinin dəvəti ilə baş tutan səfərdə məqsəd ölkədə insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaqdır.

Xüsusi məruzəçi səfər müddətində bir sıra dövlət rəsmiləri, məhkəmə nümayəndələri, insan hüquqları müdafiəçiləri, o cümlədən vətəndaş cəmiyyətinin və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək. Səfər sentyabrın 22-dək davam edəcək.

Mişel Forstun yekun hesabatı 2017-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.

Qeyd edək ki, Mişel Forst BMT-nin İnsan Haqları Şurasının tərəfindən dünyada insan haqları müdafiəçilərinin himayə və müdafiəsini nəzərdən keçirmək üçün səlahiyyətləndirilmiş müstəqil ekspertdir.("Report")
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti