Suriya ordusu İsrail qırıcısını vurdu

13-09-2016, 14:45
Oxunub: 769
İsrail Müdafiə Nazirliyi hələlik xəbərə münasibət bildirməyib.


Suriyanın hava hücumundan müdafiə qüvvələri sentyabrın 13-nə keçən gecə ölkənin cənub-qərbindəki Kuneyter əyaləti üzərində İsrail qırıcısını vurub.

Bu haqda Suriyanın rəsmi SANA agentliyi xəbər verir. Xəbərə əsasən Suriya HHM qüvvələri habelə İsrail pilotsuz aparatını da vurublar.

Virtualaz.org xəbər verir ki, İsrail qırıcısının Suriya ordusunun mövqelərini bombalamasına cavab olaraq vurulduğu açıqlanıb. İsrail təyyarəsi Sasaa qəsəbəsindən qərbdə düşüb. İsrail Müdafiə Nazirliyi hələlik xəbərə münasibət bildirməyib.

Bununla belə ötən gün Suriya ordusu üsyançılarla gedən döyüşlərdə İsrail ordusunun nəzarətində olan Golan təpələrinə mərmi atıb. Mərminin təsadüfən hədəfdən yayınıb bu ərazilərə düşdüyü, heç kimin xəsarət almadığı bildirilir. Bununla belə İsrail aviasiyası Suriya ordusunun mövqelərinə cavab zərbələri endirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti