Suriya kürdləri paytaxtlarını seçdilər, Konstitusiya hazırlayırlar

8-09-2016, 18:13
Oxunub: 93
Hazırda Suriyanın şimalında Türkiyə hərbi əməliyyatlar keçirir.


Suriyanın şimalında yaşayan kürdlər oktyabr ayında öz ərazilərinin Konstitusiyasını qəbul etməyə hazırlaşırlar. Paytaxtın Əl-Qamışlı olacağını bildirilər.

Virtualaz.org “Russia Today” agentliyinə istinadən bildirir ki, bu haqda Suriyanın şimalında kürdlərin regional məclisinin başçısı məlumat verib. Onun sözlərinə görə, Türkiyənin əməliyyatlarına baxmayaraq, Suriya kürdləri onların nəzarətində olan şimal-şərq və Suriyanın şimal-qərb rayonlarını birləşdirmək niyyətindədirlər.

Hazırda Suriyanın şimalında Türkiyə hərbi əməliyyatlar keçirir. Türk hərbçilərinin 20 kəndi terrorçulardan təmizləməsi barədə məlumatlar səsləndirilib. Cərablus və Aazaz arasındakı cəbhə nəzarət altınadadır.

Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış bildirib ki, türklərin hədəfi kürdlərin Suriyanın şimalında hərəkətinin qarşısını almaqdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti