Türkiyə HHQ İraqın şimalını bombalayır

6-09-2016, 11:13
Oxunub: 352
Türkiyə hərbi aviasiyası terrorçuların artıq 12 məntəqəsini məhv edib.


Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatının mövqelərini bombalayır.

Trend bu barədə Türkiyə HQ Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir.

Baş Qərargahın yaydığı məlumata əsasən, Türkiyə hərbi aviasiyası terrorçuların artıq 12 məntəqəsini məhv edib.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım PKK tam məhv edilənə qədər hərbi əməliyyatların davam etdiriləcəyini bəyan etmişdilər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti