Ramil Usubovdan yeni təyinatlar

1-09-2016, 13:39
Oxunub: 458
Xəzər rayon Polis idarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə hələki təyinat yoxdur


Daxili İşlər Nazirliyində növbəti kadr təyinatları olub.

Nazir Ramil Usubovun əmri ilə Xəzər rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki İlqar Məmmədov Bərdə rayon Polis idarəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəis müavini Habil Həsənov, Yasamal rayon Polis İdarəsinin rəis müavini təyin edilib. Xəzər rayon Polis idarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə hələki təyinat yoxdur.

Qeyd edək ki, nazir Ramil Usubovun əmri ilə Bərdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib. (Bizimyol.info)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti