Azərbaycanlı zəvvarlar sabahdan Həcc ziyarətinə yola düşəcək

1-09-2016, 12:45
Oxunub: 698
Zəvvarlar ziyarətə hər gün iki reys olmaqla təyyarə ilə gedəcəklər.


Azərbaycandan Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarlar sentyabrın 2-dən etibarən yola düşəcək.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Zəvvarlar ziyarətə hər gün iki reys olmaqla təyyarə ilə gedəcəklər. Hər gün ziyarətə 350 zəvvar yola salınacaq.

Zəvvarların ilk qafiləsi sentyabrın 2-də saat 08:00-da, ikincisi isə axşam 18:30-da yola düşəcək.

Qalan zəvvarlar sentyabrın 3-ü və 4-ü tarixlərində eyni saatlarda ziyarətə yollanacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti