“Azərbaycan Dəmir Yolları” gucləndirilmiş iş rejiminə keçir

1-09-2016, 11:04
Oxunub: 287
Departamentin kollektivi bu isahədə ciddi hazırlıq işləri görür.


“Aərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi müqəddəs Qurban Bayramı və Yeni dərs ili ərəfəsində  gucləndirilmiş iş rejimində çalışacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, departamentin kollektivi bu isahədə ciddi hazırlıq işləri görür.

Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti