Atatürk: İslamiyyət və Türkçülük

30-08-2016, 14:14
Oxunub: 5028
"Uca Tanrı, türk ölkələrinə və millətinə, bir peyğəmbər göndərmək ehtiyacı hiss etməyib"


Atatürk, tarix və dil mövzuları ilə yaxından maraqlandırı illərdə, Çankayada təşkil olunan bir məclisdə Mövlana Cəlaləddinin on səkkizinci nəsildən nəvəsi Veled Çələbi İzbudaka “Niyə Allah öz qatından bir ölkəyə və ya millətə peyğəmbər göndərər?” deyə sual verir.

Veled Çələbi, qısaca, Allahın əxlaq və iman şərtlərini inkar edən, azrınlırın həddi aşdığı ölkə, millət və ya qövmləri doğru yola sövq etmək üçün peyğəmbər göndərdiyini izah edir. Veledi Çələbinin verdiyi cavablardan çox məmnun olan Atatürk cavab olaraq deyər:

“Bəli... Çox haqlısınız. Bax bu səbəbdəndir ki, Uca Tanrı, türk ölkələrinə və millətinə, bir peyğəmbər göndərmək ehtiyacı hiss etməyib. Çünki türk milləti, İslamdan çox-çox əvvəl Uca Tanrı (Tengriçilik) inancına sahib idi və əxlaq quruluşunu heç bir dövrdə bir peyğəmbərə möhtac olacaq qədər itirmədi. İnsan oğlunun düzəltdiyi bütlərə sitayiş etmədi.

Bilirsiniz ki, biz türklər, İslamı “Tək Tanrı” inancını gətirdiyi üçün qəbul etdik və onun cihan hərəkatı ola bilməsini başımız və qılıncımızla təmin etdik. Əgər Türklər müsəlman olmasaydı İslam, yəhudilik kimi ümumi olmayan, bir yerə xas din olaraq qalardı. İslam aləminə bu həqiqəti izah etmək lazımdır.

Ərəblər, torpaqlarında üç səmavi din peyğəmbərinin gəlməsiylə fəxr edirlər və üstünlük olduğunu iddia edirlər. Bizi də belə bir nəsibdən məhrum olduğumuz üçün aşarı görürlər. Əslində bu, bizim əxlaq və insanlığımızı, heç bir dövrdə peyğəmbərə möhtac olacaq qədər itirməmiş olmağımızın ilahi təqdir və təsdiqidir. Çünki hansı peyğəmbərin harada doğru yol göstərəcəyi, Tanrının təqdiridir”.

Etatist.com
Bilal Əşrəfov
Mənbə: Mühir Hayri Egeli "Bilinməyən Atatürkdən xatirələr"

 


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti