Deputatdan siqaretin qiymətinin artmasına reaksiya - "Az çəksinlər"

29-08-2016, 13:57
Oxunub: 417
"Bundan əlavə, siqaretdir də, qiyməti artıb-artıb, çörək deyil ki…"


Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra siqaretlərin qiyməti 20-40 qəpik civarında artıb. Satış məntəqələrində əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb. Siqaretlərin qiymətlərində artım olması isə narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı aznews.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Vahid Əhmədov bildirib ki, siqaretlərin qiymətinin artması dolların kursu ilə əlaqədardır: “Qiymətlər tənzimlənməyib. Siqaret tam olaraq Azərbaycana xarici ölkələrdən idxal olunur. Ola bilər ki, onun qiymətində müəyyən dəyişikliklər olsun. Adi bir şeydir. Bundan əlavə, siqaretdir də, qiyməti artıb-artıb, çörək deyil ki…”.

Deputat hesab edir ki, siqaretin qiymətinin artması cəmiyyətdə böyük narazılıq yarada bilməz: “İnsanlar daha az siqaret çəksələr, daha yaxşı olar”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti