Türkdilli ölkələrin ortaq televiziyasının adı məlum olub

23-08-2016, 13:19
Oxunub: 532
“Ortaq televiziyanın yaradılması ilə bağlı siyasi qərar var"


“Türkdilli ölkələrin ortaq televiziyasının adı “İnternational Turkish News Channel” olacaq. Telekanal 6 dildə yayımlanacaq”.

Bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şura) baş katibi Ramil Həsənov deyib.

“Ortaq televiziyanın yaradılması ilə bağlı siyasi qərar var. Neftin qiymətinin düşməsindən sonra Qazaxıstan tərəfi prosesi bir müddət dondurmağı xahiş etdi. Televiziyanın harada yerləşəcəyi ilə bağlı məsələsi hələ tam həllini tapmayıb. Bu, Azərbaycan, Türkiyə, Qazaxıstan da ola bilər", - deyə o vurğulayıb. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti