İŞİD-dən yeni vəhşilik - Qurana bomba qoyulur

23-08-2016, 11:25
Oxunub: 396
ABŞ ordusunun polkovniki Stiv Uorren Londonda keçirdiyi mətbuat konfransında bu faktı təsdiqləyib.


"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni taktikaya əl atıb. İraqda terrorçular partladıcı qurğuya birləşdirilmiş Qurani-Kərimi küçələrdə yol kənarına atırlar. Təbii ki, yerə atılmış Quranı görən hər kəs onu götürmək istəyir.

Al Jazeera bildirir ki, Quran götürüləndə partladıcı qurğu işə düşür, partlayış baş verir.

ABŞ ordusunun polkovniki Stiv Uorren Londonda keçirdiyi mətbuat konfransında bu faktı təsdiqləyib.

"İraqın Rəmadi şəhərində yol kənarlarına, kolluqlara atılmış Quranı götürmək istəyən bir neçə nəfər həlak olub. İŞİD-in yeni taktikası iyrəncdir", - S.Uorren deyib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti