Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu başa çatır

19-08-2016, 10:54
Oxunub: 507
745 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir.

19 avqust saat 10:15-ə olan məlumata görə, ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və orta ixtisas təhsili müəssisələri üzrə 518 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 745 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Yalnız orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən 16979 nəfəri elektron ərizəsini təsdiq edib, 1855 abituriyent isə ərizəsini təsdiq etməyib.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti