Oruc Zalov: "Referendum dövründə razılaşdırılmamış mitinqlərin qarşısı alınacaq"

18-08-2016, 13:58
Oxunub: 330
O. Zalov qeyd edib ki, səsverməyə xələl gətirən halların qarşısı alınacaq


“Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən təşviqat qruplarının müvafiq yerlərdə tədbir keçirilməsinə şərait yaradılacaq”.

“Report”un xəbərinə görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O. Zalov qeyd edib ki, səsverməyə xələl gətirən halların qarşısı alınacaq: “Təşviqat aparanlar da diqqətli olmalıdır, toplantı keçirilməsi üçün nəzərdə tutulmayan yerlərdə iclas keçirməməlidirlər. Razılaşdırılmamış mitinqlərin də qarşısı alınacaq. Polis mənfi hallara qarşı mübarizə aparacaq”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti