Türkiyədə növbəti terror: 3 ölü, 73 yaralı

18-08-2016, 10:44
Oxunub: 353
Terroru törətməkdə şübhəli bilinən bir nəfər həbs edilib.


Son məlumatına görə, törədilən partlayış nəticəsində 3 nəfər ölüb, yaralanların sayı isə 73 nəfərə çatıb.

Yaralıların 20-sinin polis əməkdaşı olduğu bildirilir.

Terroru törətməkdə şübhəli bilinən bir nəfər həbs edilib.

*   *   *

Türkiyədə terror aktı törədilib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Van vilayətinin İpək yolu rayonunda polis şöbəsinin qarşısında minalanmış avtomobil partladılıb.

Partlayışın ardından hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisə nəticəsində 20 nəfərin yaralandığı bildirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti