Azərbaycana gətirilən avtomobillərin sayı bir ildə 7 dəfəyə yaxın azalıb

16-08-2016, 17:35
Oxunub: 268
"60 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir"


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 2 879 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbərə görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16 597 ədəd avtomobil və ya 6,76 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 44 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 475 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 300 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 60 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti