Ermənistan parlamentinə silahlı hücum olub

23-03-2013, 12:54
Oxunub: 1214


Ermənistan parlamentində insident baş verib.


ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, əlində bıçaq olan bir kişi parlamentin ərazisinə daxil olmağa cəhd edib. Hüququ mühafizə orqanlarının əmədaşları ona qarşı odlu silahdan istifadə edib. Şahidlərin verdiyi məlumata görə, iki atəş səsi eşidilib. Əli bıçaqlı kişi gizlənməyə cəhd etsədə, yaralanaraq xəstəxanaya çatdırılıb. 


Lakin bina mühafizəçilərinin adını açıqlamaq tələbinə o, "İsa Peyğəmbər" deyə cavab verib. 

Bəzi məlumatlara görə isə bu 25 yaşlı Vrej Qalstyan olub. Psixi xəstəliyi olan şəxs binanın girişinə daxil ola bilib və ancaq pilləkənlərdə saxlamaq mümkün olub. 
Faktla bağlı cinayət işi açılıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti