Rusiyanın müdafiə naziri Heydər Əliyevin məzarını ziyarət edib

15-08-2016, 12:05
Oxunub: 327
SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib.


Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Heydər Əliyevin məzarını ziyarət edib.

O, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.

Qonaq həmçinin görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib.

Sonra S.Şoyqu Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti