Tələbə qız evdə doğduğu körpəni eyvandan atdı - ŞOK

23-03-2013, 11:24
Oxunub: 2763


Türkiyədə tükürpədici hadisə yaşanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Muğla şəhərində tələbə qız dünyaya gətirdiyi uşağı evinin eyvanından həyətə atıb.

 

Məlumata görə, adı açıqlanmayan 20 yaşlı qız 6-cı mərtəbədə yerləşən evinin vanna otağında dünyaya uşaq gətirib. Doğuşdan dərhal sonra o yenidoğulan körpəni 6-cı mərtəbədən aşağı atıb. Binanın həyətindəki maşının üstünə düşən körpə ölüb.

  

Hadisə şahidləri dərhal təcili yardıma və polisə məlumat veriblər. Ağır qanaxması olan qız dərhal xəstəxanaya çatdırılıb.
Polisə ifadəsində qız əvvəlcə sevgilisi tərəfindən təcavüzə məruz qaldığını,daha sonra isə öz istəyi ilə birlikdə olduğunu deyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti