Rumıniya Azərbaycana yeni səfir təyin edib

5-08-2016, 15:17
Oxunub: 368
D.K.Çobanu 2011-ci ildən Rumıniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışır.


Rumıniyanın Azərbaycandakı yeni səfiri vəzifəsinə namizəd təsdiq olunub.

Bu gün Rumıniya prezidenti Klaus Yohannisin imzaladığı sərəncamla Dan Yanku (Dan İancu) Rumıniyanın Azərbaycan yeni səfiri təyin edilib.

Xatırladaq ki, Dan Yankunun namizədliyi iyunun əvvəlində Rumıniya Parlamenti tərəfindən də təsdiq olunub.

Qeyd edək ki, mayın 20-də Rumıniya prezidenti Klaus Yohannis ölkəsinin Azərbaycandakı səfiri Daniel Kristian Çobanunun geri çağırılması haqqında sərəncam imzalayıb. D.K.Çobanu 2011-ci ildən Rumıniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışır.

K.Yohannisin bu gün imzaladığı sərəncamla həmçinin Rumıniyanın daha 12 ölkədə səfirləri təyin edilib. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti