Azərbaycan nefti 2%-dək bahalaşdı

4-08-2016, 11:38
Oxunub: 436
Beləliklə, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,58 dollara bərabər olub.


Dünya birjalarında neftin qiyməti 1,5 dollardan çox bahalaşıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,63 dollar bahalaşaraq 41,15 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti isə 1,62 dollar artaraq 43,36 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti də 0,76 dollar və yaxud 1,77% bahalaşıb.

Beləliklə, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,58 dollara bərabər olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti