Sarkisyan avqustun 10-da Rusiyaya səfərə gedəcək

3-08-2016, 16:24
Oxunub: 445
"Səfər zamanı bir sıra aktual beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparılacaq"


Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Moskvaya işgüzar səfərə gedəcək.

"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

"Səfər zamanı bir sıra aktual beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparılacaq", - deyə Kremlin mətbuat xidmətindən bildiriliblər.

Xatırladaq ki, avqustun 8-də V.Putin Bakıya səfərə gələcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti