Məmmədyarov Lavrov və Kerri ilə görüşəcək

2-08-2016, 11:09
Oxunub: 323
Bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Cim Kosta müsahibəsində deyib.


Avqustda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşü olacaq.

Bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Cim Kosta “news.am” saytına müsahibəsində deyib.

“Mən bilirəm ki, avqustda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb” - deyə, konqresmen bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti