​Bu il Penitensiar xidmətin 102 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

1-08-2016, 14:08
Oxunub: 306
"7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib"


Bu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 7 əməkdaşı ədliyyə orqanlarından xaric edilib.

"Report"un xəbərinə görə, bu barədə Penitensiar xidmətin bu ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov bildirib.

O bildirib ki, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb: "Pozuntulara yol verən 102 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 3 əməkdaş tutduğu vəzifədən azad olunub, 7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti